SOCAR dənizdə yeni quyu istismara verib

SOCAR dənizdə yeni quyu istismara verib SOCAR "Darvin bankası" yatağında yeni quyunun qazılması işlərini tamamlayıb
Energetika
19 Sentyabr , 2014 08:09
SOCAR dənizdə yeni quyu istismara verib
Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Darvin bankası" yatağında yeni quyunun qazılması işlərini tamamlayıb.

"Report" SOCAR-ın məlumatına istinadən xəbər verir ki, 670 saylı quyu 1 485 metr dərinliyinə Qirməki Lay Dəstəsinə qazılıb. Hazırda quyunun sutkalıq hasilatı 6 ton neft təşkil edir. 

Pirallahı adasından (keçmiş Artyom adası) 6 km məsafədə dənizdə yerləşən "Darvin bankası" yatağı 1950-ci illərdən istismar olunur və 3 mln. ton neft və 0,5 mlrd. kubmetr qaz həcmində qalıq ehtiyatlara malikdir. 

Qeyd edək ki, 50 il ərzində yataqdan 16,2 mln. ton neft hasil olunub. Yataq neftin hasil olunması və nəqli üçün zəruri infrastrukturla təchiz olunub. 

Son xəbərlər

Orphus sistemi