SOCAR bu il 5,1 mln. ton neft hasil edib

SOCAR bu il 5,1 mln. ton neft hasil edib Bunun 637 min tonu avqust ayında hasil olunub
Energetika
23 Sentyabr , 2016 09:38
SOCAR bu il 5,1 mln. ton neft hasil edib

Bakı.23 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 057,2 min ton xam neft hasil edib.

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azdır.

Şirkətin təkcə avqust ayı üzrəı hasilatı isə 636.5 min ton təşkil edib. Bu isə ötən ili avqust ayından 9% azdır.

Son xəbərlər

Orphus sistemi