SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunub

SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunub Bakı. 31 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Energetika
31 Oktyabr , 2017 16:41
SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd olunub
Socar.az

Bakı. 31 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Parlamentinin Lordlar Palatasında SOCAR-BP əməkdaşlığının 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə Lordlar Palatasının üzvləri lordlar Riçard Rizbi və Devid Evans, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə və Tofiq Qəhrəmanov, Böyük Britaniyanın Avropa və Amerika üzrə dövlət naziri Alan Dankan, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qeri Couns, BP-nin baş ofisində vitse-prezident Emili Olson, baş əməliyyatlar rəhbəri Qordon Birrel, BP-nin AGT üzrə vitse-prezindenti Co Mörfi, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Kroft, eləcə də Böyük Britaniyada fəaliyyət göstərən bir çox ölkələrin səfirləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbiri açan lord D.Evans belə görüşlərin artıq ənənə halı aldığını və ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. SOCAR-ın vitse-prezidenti R.Hüseynzadə çıxış edərək 25 illik SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat verib, ötən dövr ərzində həyata keçirilmiş uğurlu layihələrdən danışıb. Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Q.Couns çıxış edərək bildirib ki, “Əsrin müqaviləsi”nin təməlinin Heydər Əliyev tərəfindən qoyulması və onun davamçısı Prezident İlham Əliyev tərəfindən 2050-ci ilə qədər uzadılması çox əlamətdar bir hadisədir. 

Görüş qarşılıqlı müzakirələr və axşam ziyafəti ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi