SOCAR: “AÇG-də payın artırılması kommersiya şərtlərindən asılıdır”

SOCAR: “AÇG-də payın artırılması kommersiya şərtlərindən asılıdır” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda payını artırması qiymətdən və kommersiya şərtlərindən asılıdır.
Energetika
19 Aprel , 2019 13:54
SOCAR: “AÇG-də payın artırılması kommersiya şərtlərindən asılıdır”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda payını artırması qiymətdən və kommersiya şərtlərindən asılıdır.

“Report” xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.

O deyib: “Tərəfdaşlarla düşünürük ki, satışa çıxarılacaq paylar üçün birgə təkliflər etsək, bu, daha düşünülmüş olar. Niyyətimiz bu payı tərəfdaşlarla birgə almaqdır”.

Qeyd edək ki, bu gün SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, AÇG səhmdarları blokun işlənməsi layihəsində ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin satışa çıxarılacaq paylarının alınması məqsədi ilə tenderdə iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, SOCAR və tərəfdaşlar bu gün bununla bağlı qərar qəbul edib.

Xatırladaq ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. 

Son xəbərlər

Orphus sistemi