SOCAR 6,9 mln. ton neft hasil edib

SOCAR 6,9 mln. ton neft hasil edib İlk 11 aydakı hasilatın 618 min tonu noyabr ayının payına düşüb
Energetika
22 Dekabr , 2016 18:04
SOCAR 6,9 mln. ton neft hasil edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 6 935,1 min ton xam neft hasil olunub.

"Report"un SOCAR-ın statistikasına əsasən verdiyi xəbərə görə, 11 aydakı hasilatın 618 min tonu noyabr ayının payına düşüb.

Bu ilin 11 ayında şirkət üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5%, noyabr ayındakı hasilat isə 8,17% azalıb.

Son xəbərlər

Orphus sistemi