​Səudiyyə Ərəbistanı Avropa bazarı üçün nefti ucuzlaşdırıb

​Səudiyyə Ərəbistanı Avropa bazarı üçün nefti ucuzlaşdırıb Bu qərar İranın bazardan çıxarılması üçün qəbul olunub
Energetika
6 Yanvar , 2016 15:41
​Səudiyyə Ərəbistanı Avropa bazarı üçün nefti ucuzlaşdırıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı avropalı müştəriləri üçün neftin satış qiymətində endirim edib. Ölkə bu qərarı rəsmi Tehranla münasibətlərin gərginləşdiyini əsas gətirərək, İranın Avropa bazarına çıxışını əngəlləmək üçün qəbul etdiyini bildirib.

"Report"un "The Wall Street Journal" qəzetinə istinadən verdiyi xəbərə görə, S.Ərəbistanının "Aramco" dövlət neft şirkəti Şimal-Qərbi Avropadakı müştəriləri ilə fevral kontraktları üçün endirimi 0,60 dollar/barel, Aralıq dənizi regionu üçün isə 0,20 dollar/barel artırıb. Bununla yanaşı, Asiya müştəriləri üçün qiymət 0,60 dollar/barel artırılıb, ABŞ bazarında isə dəyişməyib.

Qeyd edək ki, 2012-ci ildə İrana qarşı embarqo tətbiq edilənə qədər İtaliya neft ehtiyacının 13%-ni, İspaniya isə 16%-ni İrandan alıb. Embarqodan sonra isə bu boşluğu S.Ərəbistanı doldurub. Bu səbəbdən S.Ərəbistanı bu iki ölkələrdəki bazar payını qorumağa çalışır.

Son xəbərlər

Orphus sistemi