Şəkidə daha bir kəndə qaz verilib

Şəkidə daha bir kəndə qaz verilib Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Şəki rayonunun Şəkikənd kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Energetika
20 Noyabr , 2017 13:08
Şəkidə daha bir kəndə qaz verilib
Azeriqaz104.az

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Şəki rayonunun Şəkikənd kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə “Report”a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər

Məlumata görə, 485 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 5 782 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 25 203 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Şəkinin Kiçik Dəhnə və Baş Göynük kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi