Səfir: "SOCAR Energy" Ukraynada keyfiyyət etalonu sayılır"

Səfir: "SOCAR Energy" Ukraynada keyfiyyət etalonu sayılır" "İki ölkə hökuməti investisiyaların qorunması və cəlb edilməsinə fəal yardım edir"
Energetika
18 May , 2016 16:27
Səfir: SOCAR Energy Ukraynada keyfiyyət etalonu sayılır

Bakı. 18 may. REPORT.AZ/ "SOCAR Energy Ukraine" hazırda Ukrayna ərazisində ən böyük investorlardan biridir".

"Report" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

"Biz bu şirkətə fəal yardım edirik. Çünki bu gün şirkət Ukraynada həm stansiyalar, həm də yanacaq-energetika kompleksi ilə bağlı bütün məsələlərdə keyfiyyət etalonudur. Ukraynada yanacaqdoldurma məntəqələrinin sayının artdığını qeyd etməyə şadıq", - deyə səfir bildirib.

Onun sözlərinə görə, iki ölkə hökuməti investisiyaların qorunması və cəlb edilməsinə fəal yardım edir və bu investorlar üçün çox əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi