​Səfir: "Hazırda Rusiya qazının Azərbaycana nəqlinin bərpa olunması mümkünlüyü müzakirə edilir"

​Səfir: "Hazırda Rusiya qazının Azərbaycana nəqlinin bərpa olunması mümkünlüyü müzakirə edilir" " "Qazprom" Azərbaycan Dövlət Neft Şirkəti ilə sıx əməkdaşlıq edir"
Energetika
10 Fevral , 2016 02:59
​Səfir: Hazırda Rusiya qazının Azərbaycana nəqlinin bərpa olunması mümkünlüyü müzakirə edilir

Bakı. 10 fevral. REPORT.AZ/ Hazırda Rusiya qazının Azərbaycana nəqlinin bərpa olunması mümkünlüyü müzakirə olunur.

"Report" xəbər verir ki, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

"Deyə bilərik ki, Rusiyanın aparıcı neft və neft-qaz şirkətləri Azərbaycandan olan analoji şirkətlərlə qarşılıqlı fəaliyyət göstərirlər. Məsələn, "Lukoyl" Xəzərin ən iri qaz yatağı olan "Şahdəniz"in mənimsənilməsi üzrə beynəlxalq energetika layihəsinin səhmdarıdır. "Qazprom" Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR-la sıx əməkdaşlıq edir. Hazırda Rusiya qazının Azərbaycana nəqlinin bərpa olunması mümkünlüyü müzakirə olunur. Rusiyanın "Rosneft" neft-qaz şirkəti həmin "SOCAR"la Avropada qeydiyyatdan keçən birgə müəssisə yaradıblar. Azərbaycanda, həmçinin Rusiyanın "RussNeft" neft şirkəti də fəaliyyət göstərir və ildə bir milyon ton neft hasil edir", - deyə səfir qeyd edib.

Vladimir Doroxin vurğulayıb ki, "bizim elektrik enerjisi sahəsində yaxşı əməkdaşlığımız var. Azərbaycan və Dağıstan arasında elektrik enerjisi axını haqqında saziş mövcuddur. Biz hazırda bundan Rusiya-Azərbaycan-İran "üçbucağı" yaratmaq üzərində işləyirik. Bütün bunlar çoxlu sayda insan üçün iş yerlərinin yaradılması deməkdir".

Son xəbərlər

Orphus sistemi