"Şəfəq-Asiman" blokunda ilk quyunu Heydər Əliyev adına yarımdalma qazma qurğusu qazacaq

"Şəfəq-Asiman" blokunda ilk quyunu Heydər Əliyev adına yarımdalma qazma qurğusu qazacaq “Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasına gələn ay başlanılacaq.
Energetika
11 Sentyabr , 2019 12:02
Şəfəq-Asiman blokunda ilk quyunu Heydər Əliyev adına yarımdalma qazma qurğusu qazacaq

“Şəfəq-Asiman” blokunda kəşfiyyat quyusunun qazılmasına gələn ay başlanılacaq. 

"Report" xəbər verir ki, bunu "BP" şirkətinin nümayəndəsi Hendrik Yan De Yonq (Hendrik Jan De Jong) deyib.

H.Y.D.Yonqun sözlərinə görə, quyunun qazılması 1 il çəkəcək: "Qazma işlərinə 2019-cu ilin son rübündə başlamağı düşünürük. Qazma prosesi Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə həyata keçiriləcək. Proses ümumilikdə 12 ay çəkəcək. Bu ilin avqustunda hökumətə təklif edilən Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatında qalıq ekoloji və sosial-iqtisadi təsirlərin az yaxud cüzi olduğu müəyyən edilib".

BP rəsmisi deyib ki, burada iki qəza halı nəzərdə tutulub. Onlardan birincisi gəmilərin toqquşmasından qəza halları, ikincisi isə karbohidrogen ehtiyatların yayılmasından ibarət qəza hallarıdır.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi