“Şahdəniz” qazının ixracı 35% artıb

“Şahdəniz” qazının ixracı 35% artıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15 999,6 mln. kubmetr qaz nəql edilib.
Energetika
20 Avqust , 2019 11:20
“Şahdəniz” qazının ixracı 35% artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 15 999,6 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% artım müşahidə olunub.

Hesabat dövründə qazın nəqlinin 36,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 811,8 mln. kubmetr qaz ötürülüb. Bu ilin yeddi ayl ərzində bu kəmərlə ötürülən qazın həcmi ötən ilin müvafiq dövründən 34,8% çox olub.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.

Son xəbərlər

Orphus sistemi