​Sabunçu və Xətai rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq

​Sabunçu və Xətai rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq Məqsəd abonentlərin qaz təchizatının yaxşılaşdırılmasıdır
Energetika
19 May , 2016 19:40
​Sabunçu və Xətai rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 19 may. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar “Azəriqaz” İB-nin təmir tikinti idarəsi tərəfindən yeni çəkilən qaz xəttinin mövcud xəttə qoşulması və qaz kəmərində aşkar olunan qaz sızmasının ləğvi məqsədilə mayın 20-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin, həmçinin Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti, H.Aslanov qəsəbəsi, K.Kərimov, Əhmədli yolu və Zığ yolu ətrafı ərazisisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi