Sabirabad və Goranboy rayonlarının iki kəndinə ilk dəfə təbii qaz verilib

Sabirabad və Goranboy rayonlarının iki kəndinə ilk dəfə təbii qaz verilib Ümumilikdə, 228 abonent təbii qazla təmin olunub
Energetika
17 Mart , 2016 16:54
Sabirabad və Goranboy rayonlarının iki kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Sabirabad və Goranboy rayonlarının iki kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Sabirabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 149 abonenti olan Salmanlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 14 552 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Goranboy rayonunun 79 abonentlik Əhmədabad kəndinə ilk dəfə təbii qaz verilməsi ilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında həyata keçirilən qazlaşdırma işləri zamanı 6 100 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə edilərək daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi