“Russneft” Azərbaycanda 15 mlrd. kubmetr qaz ehtiyatına malikdir

“Russneft” Azərbaycanda 15 mlrd. kubmetr qaz ehtiyatına malikdir Bu barədə şirkətin əsas sahibi Mixail Qutseriyev bildirib
Energetika
7 İyul , 2017 18:16
“Russneft” Azərbaycanda 15 mlrd. kubmetr qaz ehtiyatına malikdir

Bakı. 7 iyul. REPORT.AZ/ “Russneft” şirkəti Azərbaycandakı aktivində 15 mlrd. kubmetr həcmində qaz ehtiyatınun olduğunu təsdiqləyib.

“Report” RNS-ə istinadən xəbər verir ki, bu barədə şirkətin əsas sahibi Mixail Qutseriyev bildirib.

Şirkətin əvvəlki məlumatına görə, 2015-ci ildə qazma zamanı təxminən 15 mlrd. kubmetr həcmində kommersiya qazı ehtiyatı aşkarlanıb. Şirkət bu ehtiyatı balansına 2017-ci ildə dərin quyuların qazılmasından sonra daxil etməyi planlaşdırıb.

2014-cü ildə “Russneft” şirkəti "Global Energy Azerbaijan (GEA) Holdings Ltd."-də 100% pay alıb. GEA öz törəmə şirkətləri və birgə müəssisələri vasitəsilə PSA sazişlər əsasında SOCAR-la layihələrdə iştirak edir.

“Russneft”in Azərbaycandakı aktivləri "Abşeron" (quru), "Binəqədi", "Qarasu", "Neftçala" və "Şirvan" bloklarını əhatə edir. 

Son xəbərlər

Orphus sistemi