Rusiyadan Çinə qaz nəqlinə dair müqavilə payızda imzalana bilər

Rusiyadan Çinə qaz nəqlinə dair müqavilə payızda imzalana bilər Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib
Energetika
28 İyul , 2015 22:13
Rusiyadan Çinə qaz nəqlinə dair müqavilə payızda imzalana bilər

Bakı. 28 iyul. REPORT.AZ/ Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Çinə qərb marşrutu üzrə qaz nəqlinə dair rəsmi sənəd cari ilin sentyabr ayında imzalana bilər. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Peskov qeyd edib ki, razılaşma sənədi prezident Vladimir Putinin Pekin səfərinə qədər hazır ola bilər. "Əgər sənəd razılaşdırılsa prezidentin sentyabr səfəri çərçivəsində imzalana bilər", - deyə Peskov bildirib.

"Qazprom" və Çinin CNPC şirkətləri "Sibir Gücü-2" adlı qaz kəməri vasitə ilə ildə 30 milyard kubometr qazın nəqlinə dair danışıqları davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi