Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində neft hasilatının azaldılmasını müzakirə edir

Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində neft hasilatının azaldılmasını müzakirə edir Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya və Səudiyyə Ərəbistanı 2019-cu ildə yenidən neft hasilatının azaldılmasının mümkünlüyünə qayıtmaqla bağlı danışıqlara başlayıblar.
Energetika
7 Noyabr , 2018 16:19
Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində neft hasilatının azaldılmasını müzakirə edir
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya və Səudiyyə Ərəbistanı 2019-cu ildə yenidən neft hasilatının azaldılmasının mümkünlüyünə qayıtmaqla bağlı danışıqlara başlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə OPEC-dəki mənbə məlumat verib.

Bildirilib ki, hər iki ölkənin son beş ayda istehsalı maksimum dərəcədə artırmasından sonra Səudiyyə Ərəbistanı artıq gələn ildən hasilatın azaldılması barədə düşünməyi təklif edib. Bu məsələnin Rusiya şirkətləri ilə müzakirə olunacağı qeyd olunub.

Qeyd edək ki, OPEC+in növbəti nazirlər konfransı dekabrın 6-7-də Vyanada keçiriləcək. Bu görüşdə alyans üzvlərinin 2019-cu il yanvarın 1-dən etibarən əməkdaşlıq haqqında yeni müqavilə imzalayacaqları gözlənilir. Onun müddətsiz olacağı xəbər verilir.

Son xəbərlər

Orphus sistemi