Rusiya və Azərbaycan enerji sahəsində memorandum imzalayacaq

Rusiya və Azərbaycan enerji sahəsində memorandum imzalayacaq Rusiya və Azərbaycan enerji sahəsində memorandum imzalayacaq
Energetika
2 İyul , 2020 15:12
Rusiya və Azərbaycan enerji sahəsində memorandum imzalayacaq

Bu il aprelin 1-i tarixinə olan məlumata görə, Rusiya şirkətlərinin Azərbaycanın enerji sektoruna investisiyalarının həcmi 4 mlrd ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Nazir yanacaq-enerji kompleksi sahəsində iri layihələrdə Azərbaycanda Rusiyanın “LukOil” şirkətinin iştirak etdiyini, “Rosneft” və “Qazprom” şirkətləri ilə əməkdaşlıq planlarının olduğunu qeyd edib.

Azərbaycan Energetika naziri bildirib ki, Azərbaycan və Rusiya neftin tranziti ilə bağlı fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, yanvar-may ayları ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə Rusiya neftinin tranzitinin həcmi 990 min ton təşkil edib.

Nazir hər iki ölkənin energetika nazirliklərinin energetika sahəsində memorandumun imzalanması üçün hazırlıq gördüklərini vurğulayıb: “Əminəm ki, bu sənədin imzalanması bu sahədə əməkdaşlığın genişlənməsinə imkan yaradacaq”.

Son xəbərlər

Orphus sistemi