Rusiya ilə Səudiyyə Ərəbistanı arasında OPEC+ anlaşmasında mübahisə yaranıb

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında OPEC+ anlaşmasında mübahisə yaranıb Proqnoz: Neft 55 dollar/barelə qədər ucuzlaşa bilər
Energetika
28 Noyabr , 2017 15:14
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında OPEC+ anlaşmasında mübahisə yaranıb
REUTERS/ Heinz-Peter Bader

Bakı. 28 noyabr. REPORT.AZ/ OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin uzadılması məsələsində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılığı yaranıb.

"Report" xəbər verir ki, bu açıqlamanı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib.

Dubayda açıqlamalar verən nazir qeyd edib ki, onun ölkəsi anlaşmanın 9 ay uzadılmasını təklif edir. Lakin Rusiya tərəfi anlaşmanın daha az müddətə uzadılması tərəfdarı olduğunu açıqlayıb.

Qeyd edək ki, OPEC+ anlaşması 2018-ci il martın 31-də bitir. OPEC və ona üzv olmayan neft ölkələri 2 gündən sonra Vyana şəhərində keçiriləcək sammitdə anlaşmanın uzadılıb- uzadılmaması ilə yanaşı hasilat kvotalarına dəyişiklikləri müzakirə edəcək. Bu günə qədər anlaşmanın 9 ay uzadılacağı ehtimal edilirdi.

Bu xəbərdən sonra "Brent" markalı neftin qiyməti 0,85% azalaraq 62,83 dollar/barelə geriləyib. "Report"un analitik qrupu sammitin nəticələrindən asılı olmayaraq neft qiymətlərinin düşməyə başlayacağını proqnozlaşdırır. Lakin qiymət azalması kəskin olmayacaq və 55 dollar/bareldə sabitləşəcək.

Son xəbərlər

Orphus sistemi