Robert Dadli: “BP “Exxon” və “Chevron”un AÇG-dəki paylarını almağa hazırdır”

Robert Dadli: “BP “Exxon” və “Chevron”un AÇG-dəki paylarını almağa hazırdır” BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində Amerikanın “ExxonMobil” və “Chevron” şirkətlərinin paylarının alınması məsələsinə baxmağa hazırdır.
Energetika
3 Aprel , 2019 11:04
Robert Dadli: “BP “Exxon” və “Chevron”un AÇG-dəki paylarını almağa hazırdır”

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində Amerikanın “ExxonMobil” və “Chevron” şirkətlərinin paylarının alınması məsələsinə baxmağa hazırdır.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu BP qrupunun baş icraçı direktoru Robert Dadli bildirib:

“AÇG-dəki iştirakımızı bəyənirik. Hesab edirəm ki, payımızın artırılması imkanı yaranarsa, bu, bizim üçün təbii seçim olar, lakin hər şey qiymətdən asılı olacaq”.

Bununla belə, R. Dadli qeyd edib ki, “Exxon” və “Chevron” hələlik paylarını qiymətləndirir və satışla bağlı tender başlamayıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında “ExxonMobil” AÇG-dəki 6,79%-lik payını, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

Xatırladaq ki, AÇG layihəsində pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

"AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blokun 2050-ci ilədək işlənməsində dair yenidən işlənmiş saziş imzalanıb. 

Son xəbərlər

Orphus sistemi