Qəza baş vermiş stansiyanın bir bloku gün ərzində bərpa oluna bilər

Qəza baş vermiş stansiyanın bir bloku gün ərzində bərpa oluna bilər Elektrik təsərrüfatının bütövlükdə bərpası 4-5 gün davam edə bilər
Energetika
3 İyul , 2018 13:25
Qəza baş vermiş stansiyanın bir bloku gün ərzində bərpa oluna bilər
0 : 00
0 : 00

Mingəçevir. 3 iyul. REPORT.AZ/ Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasının (İES) bir blokunun istismarı gün ərzində bərpa oluna bilər.

“Report”un Şirvan bürosu xəbər verir ki, ən az zərər görmüş 7-ci blokun yenidən işə salınması üçün hazırlıqlar aparılır.

Məlumata görə, "Azərbaycan" İstilik Ekektrik Stansiyasının elektrik təsərrüfatında və 6-cı blokunda baş vermiş qəza stansiyanın bütün fəaliyyətini iflic edib. Belə ki, 6-cı blokla yanaşı, digər blokları qidalandıran enerji xətləri də sıradan çıxıb və qəzalı vəziyyətə düşüb. Bu səbəbdən də hazırda stansiyanın heç bir enerji bloku işləmir. Hazırda elektrik təsərrüfatının bərpası istiqamətində işlər aparılır. Proses ən azı 4-5 gün davam edə biləcəyi bildirilir. Xətlər və sıradan çıxmış qurğular bərpa olunduqca bloklar növbəlik prinsipi ilə işə salınacaq. İlk növbədə isə ən az zərər görmüş 7-ci enerji blokunun işə salınması nəzərdə tutulur. Bunun üçün ciddi hazırlıq işləri aparılır. Günün sonunadək bu blokun işə salınması nəzərdə tutulur.

Hələlik isə enerji istehsalı dayanmış stansiyanın yaratdığı boşluq alternativ enerji qaynaqları hesabına doldurulur.

Ümumilikdə, stansiyaya dəymiş ziyanın həcmi hələlik tam bəlli deyil. Müvafiq qurumlar bununla əlaqədar araşdırmalar və təhlillər aparır.

Stansiyada olan hökumət rəsmiləri vəziyyətin ən qısa zamanda bərpa olunması üçün müzakirələr aparıb və konkret tapşırıqlar veriblər.

Son xəbərlər

Orphus sistemi