"Qazprom" bu həftə Azərbaycan Metanol Zavoduna qaz təchizatına başlayır

"Qazprom" bu həftə Azərbaycan Metanol Zavoduna qaz təchizatına başlayır Rusiyanın "Qazprom" şirkəti sentyabrın 20-21-dən "AzMeCo"ya qaz nəqlinə başlayacaq
Energetika
14 Sentyabr , 2015 12:00
Qazprom bu həftə Azərbaycan Metanol Zavoduna qaz təchizatına başlayır

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC sentyabr ayının 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.

Qeyd edək ki, sentyabrın 11-də Bakıda AzMeCo (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı AzMeCo-ya satacaq. Bu həcmdə qazla AzMeCo-nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan AzMeCo-nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər AzMeCo 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi