​“Pirallahı adası” yatağında yeni quyular qazılır

​“Pirallahı adası” yatağında yeni quyular qazılır “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub
Energetika
30 Mart , 2015 17:25
​“Pirallahı adası” yatağında yeni quyular qazılır

Bakı. 30 mart. REPORT.AZ/ Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1189 nömrəli quyunun layihə dərinliyi 640 metr, 1181 nömrəli quyunun layihə dərinliyi 740 metr, 1143 nömrəli quyunun layihə dərinliyi isə 870 metrdir.

Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi