Ötən ay 31 çoxmərtəbəli binaya qaz verilib

Ötən ay 31 çoxmərtəbəli binaya qaz verilib Həmin binalarda ümumilikdə 1 841 ailə yaşayır
Energetika
3 Fevral , 2017 10:10
Ötən ay 31 çoxmərtəbəli binaya qaz verilib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi  2017-cı ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 31 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib 

"Report"a "Azəriqaz"dan verilən məlumata görə, həmin binalarda ümumilikdə 1 841 ailə yaşayır. 

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır", - qurumdan qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi