OPEC son üç ildə 1 trln. dollar itirib

OPEC son üç ildə 1 trln. dollar itirib Neft qiymətləri müəyyən vaxtdan sonra kəskin artacaq
Energetika
11 Oktyabr , 2016 14:05
OPEC son üç ildə 1 trln. dollar itirib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Neftin qiymətinin kəskin azalması fonunda son üç ildə OPEC ölkələrinin gəlirləri gözləniləndən 1 trln. ABŞ dolları az olub.

"Report"un "Vesti"yə istinadən verdiyi xəbərə görə, bu barədə OPEC-in Baş katibi Məhəmməd Barkindo məlumat verib.

O, Beynəlxalq Valyuta Fondu (İMF) və Dünya Bankının Vaşinqtonda keçirilıən birgə illik toplantısında bildirib ki, 2015-ci ildə neft sənayesinə investisiyalar 26% azalıb, bu il isə proqnozlara əsasən daha 22%-lik azalma gözlənilir. OPEC katibi 2017-ci il üçün də investisiya gözləntilərinin arzu edilən səviyyədə olmayacağını qeyd edib. O, Vaşinqtondakı iclasda dünyanın əsas maliyyə qurumlarının neft bazarında sabitliyin nə zaman bərpa olunacağını bilmədiklərini xatırladıb.

Digər tərəfdən M.Barkindo dünya neft istehlakının uzun illərdir artmağa davam etdiyini və bu trendin dəyişməyəcəyini bildirib. Onun sözlərinə görə, investisiya qıtlığı müəyyən dövrdən sonra neft təklifində kəsirin yaranmasına yol açacaq, bu da öz növbəsində neft qiymətlərinin yeni tarixi rekord qiymətlərə doğru irəliləməsinə səbəb olacaq. 

Son xəbərlər

Orphus sistemi