OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə saziş şərtlərini 139% yerinə yetirib

OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə saziş şərtlərini 139% yerinə yetirib Neft hasilatının azaldılması ilə bağlı sazişə qatılan OPEC+ ölkələri 2019-cu ilin mart ayının sonuna onun şərtlərini 139% yerinə yetirib. Texniki komitənin bazar ertəsi keçirilən qiyabi iclasının yekun məlumatında belə deyilir.
Energetika
16 Aprel , 2019 12:29
OPEC+ ölkələri neft hasilatının azaldılması üzrə saziş şərtlərini 139% yerinə yetirib

Neft hasilatının azaldılması ilə bağlı sazişə qatılan OPEC+ ölkələri 2019-cu ilin mart ayının sonuna onun şərtlərini 139% yerinə yetirib. Texniki komitənin bazar ertəsi keçirilən qiyabi iclasının yekun məlumatında belə deyilir.

"Report" xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq ölkələrinin nümayəndə heyətlərindəki iki mənbə məlumat verib.

Mənbələrdən biri ümumi azalma səviyyəsinin mart ayında 139% səviyyəsində olduğunu, digəri isə OPEC ölkələrində bu göstərici 157%, qeyri-OPEC ölkələrində isə 102% təşkil etdiyini bildirib.

Daha əvvəl mart ayında Səudiyyə Ərəbistanının və planlaşdırılan təmir səbəbilə böyük yataqlarda hasilatı dayandıran Qazaxıstanın hasilatı xeyli azaltdığı xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi