​OPEC: Neftin qiyməti 10 ilə 76 dollar/barelə çatacaq

​OPEC: Neftin qiyməti 10 ilə 76 dollar/barelə çatacaq OPEC-ə neftin hasilat kvotalarını sərtləşdirmək tövsiyə olunur
Energetika
12 May , 2015 12:55
​OPEC: Neftin qiyməti 10 ilə 76 dollar/barelə çatacaq

Bakı. 12 may. REPORT.AZ/ OPEC (neft ixrac edən ölkələr təşkilatı) ekspertlərinin nikbin proqnozlarına görə, neftin qiyməti 10 ildən sonra 76 dollar/barelə çatacaq. "Report" xəbər verir ki, pessimist ehtimallara görə isə, neftin qiymətinin 40 dollara düşəcəyi proqnozlaşdırılır.

"The Wall Street Journal" qəzetinin OPEC-in strategiyası məruzəsinin hələ dərc edilməmiş ilkin versiyasına əsasən yaydığı xəbərə görə, hətta ən nikbin ssenari ilə neftin qiymətinin 2025-ci ilə qədər 76 dollar/barelə kimi yüksələcəyi ehtimal olunur. OPEC ekspertləri ABŞ-dakı neft-qaz şirkətlərinin azalan neftin qiymətinə tab gətirərək hasilatı artıracaqlarından ehtiyat edirlər.

Qeyd edək ki, OPEC ölkələrinin müştərək yaratdığı neft səbətinin qiyməti dünən 62,44 dollar/barelə bərabər olub. ABŞ-ın ICE beynəlxalq ticarət birjasında "Brent" nefti fyuçersləri 65-66 dollar/barel qiyməti ilə bağlanır.

Məruzədə OPEC-ə neft kvotalarını sərtləşdirmək tövsiyə olunur. Kartelin bir çox üzvü neft sənayesinə investisiya cəlb edə bilməyəcəklərindən ehtiyat edərək kvotalara riayət etmir. Ancaq kvotaları sərtləşdirdikləri təqdirdə OPEC-in neft bazarına qiymət diktə edə biləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi