OPEC+ Nazirlərin Monitorinq Komitəsinin (JMMC) Əbu-Dabidə keçirilən iclasında saziş iştirakçılarının neft hasilatını azaltması, o cümlədən İraq və Nigeriyada hasilatın lazımi qədər azaldılmaması məsələsi müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə TASS-a danışıqlarda iştirak edən mənbə məlumat verib.
Bildirilib ki, kvotalara uyğunluq səviyyəsi müzakirə edilib: "İraq və Nigeriya öhdəliklərini zəif yerinə yetirir".
Qeyd edək ki, JMMC Əbu-Dabidə keçirilən iclasda neft hasilatının məhdudlaşdırılması ilə bağlı sazişin həyata keçirilməsini və bazardakı vəziyyəti müzakirə edəcək. Komitəyə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, Səudiyyə Ərəbistanın nümayəndələri daxildir.
OPEC+in hasilatın azaldılması üzrə sazişi 2020-ci ilin mart ayının sonuna qədər qüvvədədir və neftin qiymətini sabitləşdirmək üçün nəzərdə tutulub. Ümumilikdə sazişin şərtlərinə uyğun olaraq, iştirakçı ölkələr hasilatı 2018-ci ilin oktyabrındakı səviyyədən gündəlik 1,2 milyon barel azaltmalıdır.