OPEC+ çərçivəsində iclaslardan birinin Bakıda keçirilməsi planlaşdırılır

OPEC+ çərçivəsində iclaslardan birinin Bakıda keçirilməsi planlaşdırılır Bakı. 20 oktyabr. REPORT.AZ/ Gələn ilin birinci yarısında OPEC+ çərçivəsində iclaslardan birinin Bakıda keçirilməsi planlaşdırılır.
Energetika
20 Oktyabr , 2018 15:02
OPEC+ çərçivəsində iclaslardan birinin Bakıda keçirilməsi planlaşdırılır

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gələn ilin birinci yarısında OPEC+ çərçivəsində iclaslardan birinin Bakıda keçirilməsi planlaşdırılır. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

O, tədbirin dəqiq vaxtının dekabrda müəyyən ediləcəyini bildirib: "Artıq bu barədə ilkin qərar verilib. Amma dekabrda keçiriləcək monitorinq komissiyasının iclasında bu barədə daha dəqiq qərar qəbul ediləcək. Həmin vaxt tarix müəyyənləşəcək. Amma iclas, təxminən, gələn ilin birinci yarısına nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi