OPEC-in baş katibi: "Yaxın Şərq Asiyaya əsas neft təchizatçısı olaraq qalacaq"

OPEC-in baş katibi: "Yaxın Şərq Asiyaya əsas neft təchizatçısı olaraq qalacaq" ABŞ-dan təchizatın artmasına baxmayaraq, Yaxın Şərq Asiyada xam neft təchizatının əsas mənbəyi kimi mövqeyini qoruyacaq.
Energetika
9 Sentyabr , 2019 11:34
OPEC-in baş katibi: Yaxın Şərq Asiyaya əsas neft təchizatçısı olaraq qalacaq

"ABŞ-dan təchizatın artmasına baxmayaraq, Yaxın Şərq Asiyada xam neft təchizatının əsas mənbəyi kimi mövqeyini qoruyacaq".

"Report"un məlumatına görə, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo "S&P Global Platts"a müsahibəsində bildirib.

"Əlbəttə, ABŞ-da neft hasilatının artması ilə ölkə Asiyada yeni ixracatçıya çevrilib və hazırda xam neft ixracatı gündə 1 milyon bareldən çoxdur. Bununla belə, ABŞ-ın ixracatı hələ də Yaxın Şərqin Asiyanı təchizatından xeyli aşağıdadır", - M.Barkindo deyib.

Bundan əlavə, OPEC-in baş katibi bildirib ki, Asiyada neftə olan tələbatın artması yaxın gələcəkdə müxtəlif bölgələrdən gələn "qara qızıl" tərəfindən ödənilməlidir. Lakin onun fikrincə, Yaxın Şərq enerji təchizatının əsas mənbəyi olaraq qalacaq.

Son xəbərlər

Orphus sistemi