OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib

OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib
Energetika
12 Avqust , 2020 17:16
OPEC Azərbaycan üzrə neft hasilatı proqnozunu dəyişdirməyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft və maye karbohidrogen hasilatının 720 min barel olacağını proqnozlaşdırır.

“Report” OPEC-in avqust ayı üzrə hesabatına istinadən bildirir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 70 min barel azalacaq.

Bu isə əvvəlki proqnozla eynidir.

OPEC-in proqnozuna görə, 2021-ci ildə də ölkədə gündəlik hasilat 720 min barel səviyyəsində qalacaq.

Son xəbərlər

Orphus sistemi