OPEC 2018-ci il üzrə Rusiyada neft hasilatı proqnozunu artırıb

OPEC 2018-ci il üzrə Rusiyada neft hasilatı proqnozunu artırıb Bakı. 13 noyabr. REPORT.AZ/ Oktyabr ayında Rusiyada neft hasilatının həcmi post-Sovet dövrünün rekordunu yeniləyərək gündəlik 11,6 mln. barelə çatıb.
Energetika
13 Noyabr , 2018 18:41
OPEC 2018-ci il üzrə Rusiyada neft hasilatı proqnozunu artırıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Oktyabr ayında Rusiyada neft hasilatının həcmi post-Sovet dövrünün rekordunu yeniləyərək gündəlik 11,6 mln. barelə çatıb.

“Report”un verdiyi xəbərə görə, OPEC-in noyabr ayı üzrə hesabatında göstərilir ki, cari ilin yekununa görə, Rusiyanın gündəlik neft hasilatı 11,24 mln. barelə çata bilər, 2019-cu ildə də bu səviyyədə davam edəcək.

Təşkilat həmçinin cari ilin IV rübü üçün də Rusiyada gündəlik hasilat proqnozunu 210 min barel artıraraq 11,19 mln. barel həcminə çatdırıb. 

OPEC-in məlumatına görə, ötən ay Rusiya şirkətləri arasında 2017-ci ilin oktyabr ayına nisbətən daha çox artımı “Yuqanskneftqaz”da hasilatın gündəlik 60 min barel artımla "Rosneft" şirkəti göstərib. Şirkət 2019-cu ildə hasilatın 4,8 - 4,9 mln. barel səviyyəsinə çatacağını gözləyir.

2018-ci ildə Rusiyanın “Lukoil”, “Surqutneftqaz”, “Qazprom Neft” və “Tatneft” şirkətlərinin də hasilatda artıma nail olduğu bildirilən hesabatda “Başneft”, “Qazprom”, “Slavneft”, “Novatek” şirkətlərində isə azalma qeydə alındığı vurğulanır.

Son xəbərlər

Orphus sistemi