OMV rəhbəri OPEC+in hasilatın azaldılması qərarını dəyərləndirib

OMV rəhbəri OPEC+in hasilatın azaldılması qərarını dəyərləndirib Bakı. 10 dekabr. REPORT.AZ/ OPEC+in neft hasilatını azaltmaqla bağlı qərarını yalnız alqışlaya bilərəm. Bu qərar bazarı sabitləşdirəcək.
Energetika
10 Dekabr , 2018 11:40
OMV rəhbəri OPEC+in hasilatın azaldılması qərarını dəyərləndirib
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ "OPEC+in neft hasilatını azaltmaqla bağlı qərarını yalnız alqışlaya bilərəm. Bu qərar bazarı sabitləşdirəcək".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avstriyanın OMV neft-qaz şirkətinin rəhbəri Rayner Zele deyib.

Onun sözlərinə görə, bu qərar bazarda tələblə təklifin sabitləşməsinə, disbalansın aradan qalxmasına gətirib çıxaracaq.

Qeyd edək ki, dekabrın 7-də Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri 2019-cu ildə gündəlik hasilatı 2018-ci ilin oktybar ayına nisbətən 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Bunun gündəlik, təxminən, 800 min bareli OPEC, 400 min bareli isə qeyri-OPEC ölkələrinin payına düşəcək.

Son xəbərlər

Orphus sistemi