Oman neft ixracını azaldacaq

Oman neft ixracını azaldacaq Oman neft hasilatını azaltmaq barədə OPEC+ çərçivəsində əldə edilmiş məlum razılaşmaya tam şəkildə əməl edərək bu ilin sentyabr ayında neft ixracının həcmini 10 faiz aşağı salacaq.
Energetika
1 İyul , 2020 12:29
Oman neft ixracını azaldacaq

Oman neft hasilatını azaltmaq barədə OPEC+ çərçivəsində əldə edilmiş məlum razılaşmaya tam şəkildə əməl edərək bu ilin sentyabr ayında neft ixracının həcmini 10 faiz aşağı salacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Neft və Qaz Nazirliyi neft alıcılarına açıqlama verib.

Nazirlik nümayəndəsi avqust – sentyabr ayları üçün hasilatın ixtisarı kvotalarının 161 min barel olduğunu, yəni hasilat həcminin 722 min barelədək aşağı salınacağını qeyd edib.

Xatırladaq ki, OPEC+ formatının iştirakçısı ölkələri arasında may ayının 1-dən qüvvəyə minən razılaşmaya görə may – iyul aylarında hasilatın həcmi 9,7 milyon barel, avqust – dekabr ayları ərzində 7,7 milyon barel, gələn ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək də 5,8 milyon barel azalmalıdır. Bununla belə, razılaşmanın şərtləri 2021-ci ilin dekabr ayında dəyişdirilə bilər.

İngilis versiyası Oman to cut oil export

Son xəbərlər

Orphus sistemi