Nigeriya yaxın yarım il ərzində OPEC+ anlaşmasına qoşula bilər

Nigeriya yaxın yarım il ərzində OPEC+ anlaşmasına qoşula bilər Bunun üçün ölkənin sutkalıq neft hasilatı 1,8 mln. barelə çatdırılmalıdır
Energetika
22 Sentyabr , 2017 12:25
Nigeriya yaxın yarım il ərzində OPEC+ anlaşmasına qoşula bilər

Bakı. 22 sentyabr. REPORT.AZ/ Nigeriya neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına gələn il martın sonuna qədər qoşula bilər. 

"Report" xəbər verir ki, bu barədə ölkənin neft naziri Emmanuel İbe Kaçikva "Bloomberg" agentliyinə açıqlama verib. 

Onun sözlərinə görə, Nigeriya sutkalıq neft hasilatını 1,8 mln. barelə çatdırdıqdan sonra OPEC+ anlaşmasına qoşulacaq. 

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) sentyabr ayı üzrə hesabatına görə, Nigeriya avqustda sutkalıq neft hasilatını iyul ayı ilə müqaşyisədə 138 min barel artıraraq 1,86 mln. barelə çatdırıb. Bununla belə, nazir qeyd edib ki, hasilat göstəricisi dəyişkəndir. 

Qeyd edək ki, silahlı qruplaşmaların fəaliyyəti nəticəsində Nigeriyanın neft hasilatı kəskin azaldığından, bu ölkə OPEC+ anlaşmasından azad edilib. 

Son xəbərlər

Orphus sistemi