Nigeriya hökuməti "Shell" və "Eni" şirkətlərini məhkəməyə verib

Nigeriya hökuməti "Shell" və "Eni" şirkətlərini məhkəməyə verib Onlar 801 mln. dollar məbləğində rüşvət verməkdə ittiham olunurlar
Energetika
6 Mart , 2017 17:31
Nigeriya hökuməti Shell və Eni şirkətlərini məhkəməyə verib

Bakı. 6 mart.REPORT.AZ/ Nigeriyada hökumət ölkədəki neft yataqlarını işlədən “Royal Dutch Shell” və “Eni” şirkətlərini rüşvətxorluqda ittiham edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət “Shell” və “Eni” şirkətlərinin Afrikadakı ən zəngin neft yataqlarından biri olan “OPL 245” neft yatağının istismar haqqını 1,1 mlrd. dollara satın alarkən rüşvət aldığı iddiası ilə Nigeriya Ali Məhkəməsinə müraciət edib.

Nigeriya İqtisadi və maliyyə cinayətləri üzrə Komissiya tərəfindən məhkəməyə təqdim edilən sənəddə “OPL 245” yatağının istismarına icazə üçün sabiq neft naziri Dan Etete, sabiq ədliyyə naziri Muhammed Bello Adoke və biznesmen Aliyu Abubakara 801 mln. dollar rüşvət verildiyi iddia edilib. Şirkətlər isə bu ittihamları rədd edərək, ödənilən məbləğin Nigeriya hökumətinə verildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi