RBİF rəhbəri: "Neftin qiymətinin 60-70 dollar/barel olması Rusiyanı razı salır"

RBİF rəhbəri: "Neftin qiymətinin 60-70 dollar/barel olması Rusiyanı razı salır" Bakı. 25 yanvar. REPORT.AZ/ Kimsə şist neftdə qalib gəlmək istəyirsə, qiymətlər 40 dollar/bareldən aşağı düşməlidir. Amma 40 dollardan aşağı qiymətlər Rusiya iqtisadiyyatı üçün yaramır, Səudiyyə iqtisadiyyatı üçün heç də yaxşı deyil və açıq danışsaq, bu sahəyə sərmayə yatırlması üçün əlverişli deyil.
Energetika
25 Yanvar , 2019 15:45
RBİF rəhbəri: Neftin qiymətinin 60-70 dollar/barel olması Rusiyanı razı salır

Bakı. 25 yanvar. REPORT.AZ/ "Kimsə şist neftdə qalib gəlmək istəyirsə, qiymətlər 40 dollar/bareldən aşağı düşməlidir. Amma 40 dollardan aşağı qiymətlər Rusiya iqtisadiyyatı üçün yaramır, Səudiyyə iqtisadiyyatı üçün heç də yaxşı deyil və açıq danışsaq, bu sahəyə sərmayə yatırlması üçün əlverişli deyil".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kirill Dmitriyev deyib.

Onun sözlərinə görə, Rusiya neft qiymətlərini, həqiqətən, 60-70 dollar/barel aralığında nəzərdən keçirir, çünki bunun investisiya və sabitlik üçün çox yaxşı olduğunu düşünürlər.

RBİF rəhbəri OPEC və qeyri-OPEC ölkələri arasında imzalanan sazişin davam etdiriləcəyinə heç bir şübhə olmadığını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi