Neftə tələbatın azalması proqnozu aşağı salındı

Neftə tələbatın azalması proqnozu aşağı salındı 2020-ci ildə neftə məcmu tələbatın azalacağı barədə OPEC-in proqnozu bir sıra ölkələrdə iqtisadi fəaliyyətlərinin səngidiyi nəzərə alınmaqla aşağı salınıb
Energetika
12 Avqust , 2020 18:41
Neftə tələbatın azalması proqnozu aşağı salındı

2020-ci ildə neftə məcmu tələbatın azalacağı barədə OPEC-in proqnozu bir sıra ölkələrdə iqtisadi fəaliyyətlərinin səngidiyi nəzərə alınmaqla aşağı salınıb.

“Report” xəbər verir ki, iyul hesabatındakı 8,95 milyon barel həcmindəki azalmaya qarşı OPEC-in avqust ayına dair hesabatında təşkilat neftə gündəlik tələbatın 9,06 milyon barel azalacağı barədə proqnoz verib.

Bütövlükdə cari ildə neftə məcmu gündəlik tələbat 90,63 milyon barel, 2021-ci ildə isə milyon barel səviyyəsində dəyərləndirilir. Bu artım koronavirusun cilovlanaraq dünya iqtisadiyyatına təsirinin səngiyəcəyinə dair gözləntilərlə bağlıdır.

Lakin bununla belə neftə tələbatın gələn il də pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacağı güman edilir. Bu da əmək bazarında baş verən dəyişikliklərlə, o cümlədən məsafəli iş sisteminin intişar tapması ilə əsaslandırılır.

Son xəbərlər

Orphus sistemi