Neftçala və Qəbələ rayonlarının daha 3 kəndinə təbii qaz verilib

Neftçala və Qəbələ rayonlarının daha 3 kəndinə təbii qaz verilib Ümumilikdə 1 001 abonent qazla təmin olunub
Energetika
20 Aprel , 2016 14:53
Neftçala və Qəbələ rayonlarının daha 3 kəndinə təbii qaz verilib

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Neftçala rayonunun Xol Qaraqaşlı, Qəbələ rayonunun Corlu və Mirzəbəyli kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Neftçala rayonunun Xol Qaraqaşlı kəndinə yenidən təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 380 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 35 760 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qəbələ rayonunun Corlu və Mirzəbəyli kəndlərində keçirilmiş tədbirdə isə qeyd olunub ki, 621 abonenti olan kəndlərin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 57 890 metr uzunluğunda borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi