Bakı. 20 fevral. REPORT.AZ/ Bazar günü neftin dünya qiymətləri Yaxın Şərqdə siyasi gərginliyin artması, həmçinin OPEC+ ölkələrinin hasilatın azaldılmasına dair sövdələşməni yerinə yetirməsi haqqında müsbət xəbərlər fonunda artır.
“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Bakı vaxtı ilə 21:52-yə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti 1,31% bahalaşaraq 65,69 dollar/barelə çatıb. WTI markalı yüngül neftin aprel fyuçerslərinin qiyməti 1,35% artaraq bir barel üçün 62,38 dollar təşkil edib.