Neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə üç şəxsə Prezidentin fərdi təqaüdü verilib

Neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə üç şəxsə Prezidentin fərdi təqaüdü verilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Energetika
18 Sentyabr , 2015 18:45
Neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə üç şəxsə Prezidentin fərdi təqaüdü verilib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

İbrahimov Şikar Allahverdi oğlu

İslamov İslam Zəli oğlu

Yusubov Namaz Puti oğlu.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi