Azərbaycan neftinin qiyməti dəyişməyib

Azərbaycan neftinin qiyməti dəyişməyib Azərbaycanın dünya bazarına çıxararaq satdığı Azeri LT CIF markalı xam neftin qiyməti dəyişməyib.
Energetika
28 May , 2019 12:03
Azərbaycan neftinin qiyməti dəyişməyib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti dəyişməyib.

"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti ötən həftə olduğu kimi 70,95 dollar təşkil edib.

Neft qiymətlərinin dəyişməməsinin səbəbi İngiltərədə mayın 27-də “Yaz bank bayramı”nın (Spring bank holiday) keçirilməsi və bu səbəbdən birjaların bağlı olmasıdır. Qeyd edək ki, “Yaz bank bayramı” İngiltərədə hər il may ayının sonuncu bazar ertəsi qeyd edilir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi