Dövlət Neft Fonduna 158 mlrd. dollardan çox vəsait daxil olub

Dövlət Neft Fonduna 158 mlrd. dollardan çox vəsait daxil olub Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yarandığı vaxtdan bu il noyabrın 30-dək ümumilikdə təqribən 158,4 mlrd. dollar həcmində vəsait daxil olub.
Energetika
29 Dekabr , 2019 13:48
Dövlət Neft Fonduna 158 mlrd. dollardan çox vəsait daxil olub

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) yarandığı vaxtdan bu il noyabrın 30-dək ümumilikdə təqribən 158,4 mlrd. dollar həcmində vəsait daxil olub.

“Report” xəbər verir ki, bu barədə Fondun məlumatında qeyd edilib.

Məlumata görə, bu vəsaitin 151,5 mlrd. dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 6,9 mlrd. dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Qeyd edilib ki, fəaliyyətə başlayarkən 271 mln.  dollar həcmində aktivləri olan Fondun vəsaitləri bu il ilk dəfə olaraq 40 mlrd. dolları keçib.

Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin inşası, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, STAR neft emalı kompleksinin inşası, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin tikintisi layihələri, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” layihələrinin icrasına Fond tərəfindən 9,4 mlrd. dollar həcmində vəsait sərf edilib.

Son xəbərlər

Orphus sistemi