Neft Emalı Zavodunda neft məhsullarının istehsalı bərpa olunub

Neft Emalı Zavodunda neft məhsullarının istehsalı bərpa olunub Zavodda bir ay aparılan təmir işləri yekunlaşıb
Energetika
12 Sentyabr , 2017 11:56
Neft Emalı Zavodunda neft məhsullarının istehsalı bərpa olunub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Heydər Əliyev adına Neft Emalı Zavodunda avqustun 10-dan başlayan təmir işləri yekunlaşıb.

“Report”un əldə etdiyi məlumata görə, neft məhsulları istehsal edən qurğuların hamısı artıq istismardadır.

“Zavodda həyata keçirilən irimiqyaslı təmir işləri zamanı əsas texnoloji qurğular təmir olunub və artıq onlar istismara verilib. Artıq zavodda neft məhsullarının istehsalı prosesi bərpa olunub”, - deyə müəssisədən bildirilib.

Son xəbərlər

Orphus sistemi