Bakı. 14 avqust. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A saylı estakadayanı meydançadan 2 613 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (
“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 370 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.