“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır Quyudan gündəlik 20 ton neft və 2000 kubmetr qaz hasil olunması nəzərdə tutulur
Energetika
11 Aprel , 2017 12:40
“Neft Daşları” yatağında yeni quyu qazılır
Report.az

Bakı.11 aprel. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 2585 nömrəli özüldən 2583 nömrəli quyunun qazma işləri davam etdirilir.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2800 metrdir. 

Geoloqların hesablamalarına əsasən, quyudan gündəlik  20 ton neft və 2000 kubmetr qaz hasil olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi