Bakı. 5 fevral. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 418A nömrəli platformadan 2 633 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən "Qala" Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 250 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.