Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq Neft bazarındakı ehtiyatların 325 mln. barel azaldılacağı deyilir
Energetika
25 May , 2017 17:54
Neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq

Bakı. 25 may. REPORT.AZ/ Neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddəti daha 9 ay uzadılsa və bütün ölkələr onun şərtlərinə əməl etsələr belə, neft bazarında tarazlıq 2019-cu ildən tez olmayacaq. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla ABŞ-ın "JPMorgan" bankının analitikləri çıxış edib. 

Onların fikrincə, OPEC-ə üzv və qeyri-üzv ölkələr neft bazarındakı əlavə ehtiyatları 325 mln. barrel azaltmağı planlaşdırıb. 

Bununla belə, "JPMorgan" analitikləri hesab edir ki, bazardakı ehtiyatlar hələ ki, maksimal həddə çatmayıb. Amma Çində benzin ehtiyatlarının artması narahatlıq yaradır. 

Son xəbərlər

Orphus sistemi