Dünya bazarında neftin qiyməti artmağa başlayıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 0,91% artaraq 43,47 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,01% artaraq 41,14 ABŞ dolları olub.