Nazir müavini: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün imkanlar açacaq”

Nazir müavini: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün imkanlar açacaq” Bakı. 19 oktyabr. REPORT.AZ Hazırda 7 ölkəni, Xəzər və Qara dənizləri birləşdirən, gələcəkdə isə Balkan ölkələrini də birləşdirəcək Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri uğurla həyata keçirilir.
Energetika
19 Oktyabr , 2018 11:11
Nazir müavini: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün imkanlar açacaq”
Energetika nazirinin müavini Samir Vəliyev / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ "Hazırda 7 ölkəni, Xəzər və Qara dənizləri birləşdirən, gələcəkdə isə Balkan ölkələrini də birləşdirəcək Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri uğurla həyata keçirilir".

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev III İAEE “Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri” konfransında bildirib.

Onun sözlərinə görə, artıq Trans Anadolu Boru Kəmərinin (TANAP) fəaliyyətə başladığı (30 iyun) gündən bu günə kimi 415 mln. kubmetr təbii qaz nəq edilib: “Artıq Cənub Qaz Dəhlizi layihəsinin sonuncu zənciri olan Trans-Adriatik qaz boru kəmərinin tikintisi üzrə aparılan işlər 79% icra olunub”.

Nazir müavininin sözlərinə görə, Azərbaycan neftini dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri Mərkəzi Asiya neftinin Qərb istiqamətdə tədarükü və nəqli üçün hansı şəraiti yaradıbsa, ölkəmizin qaz ixracatçısı kimi qaz nəqlini təmin edəcək Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün imkanlar açacaq: “Üstəlik Xəzər dənizinin hüquqi statusu haqqında imzalanmış Konvensiya da Xəzər hövzəsinin karbohidrogen resurslarının işlənilməsi və enerji layihələrinin genişləndirilməsi istiqamətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə imkan verən layihədir”.

S.Vəliyev bildirib ki, bu gün siyasi risklərə həssas neft bazarının tənzimlənməsində Azərbaycan da fəal iştirak edir, bu mənada OPEC+ formatı mühüm rol oynayır: “Neft bazarının sabitləşməsində iştirakla yanaşı, ölkəmiz bu il növbəti 10 illiklərdə neft bazarının inkişafına etibarlı zəmanət verən sazişlərə də imza atıb. Bu sazişlərlə Azərbaycanda karbohidrogen yataqlarının kəşfiyyatı və işlənilməsi yeni mərhələyə daxil olur. Görülən tədbirlər bir tərəfdən hasilatın sabit saxlanılması və ixrac imkanlarının davamlığını təmin edir, digər tərəfdən enerji sahəsində bütün ölkələrlə qarşılıqlı və faydalı əməkdaşlığın maraqların gözlənilməsinə üstünlük verildiyini göstərir”.

Aqşin Rafiqoğlu

Son xəbərlər

Orphus sistemi