Bakı. 20 iyul. REPORT.AZ/ Rusiyanın “LUKoil” şirkəti “Rakuşeçnoye” yatağının işlənməsi üzrə yekun investisiya qərarı qəbul edib.
“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, yataqdan neft hasilatına 2023-cü ildə başlanması planlaşdırılır. İllik hasilat həcminin 1,2 mln. ton olması gözlənilir.